Şrift:
Ağdaş rayonunda yanğın olub
09.01.2013 [12:23] - Hadisə
Ağdaş rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə dünən axşam saatlarında şəhərin Cəfər Cabbarlı-95 ünvanında qeydə alınıb. Şəhər sakini, 1980-ci il təvəllüdlü Mustafayeva Kəmalə Tofiq qızına məxsus ümumi sahəsi 72 kvadratmetr olan 1 mərtəbəli, 2 otaqlı evdə baş verən yanğının söndürülməsinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Evin 20 kv.m hissəsi yanıb, qalan hissə isə yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 661 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed