Şrift:
Çində ötən gün ərzində 2461 nəfər koronavirusa yoluxub
18.03.2022 [09:53] - Gündəm, Sağlıq
Çində koronavirusa yoluxanların sayı getdikcə artmaqdadır. Ötən gün ərzində bu ölkədə 2461 nəfər koronavirusa yoluxub.

TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumatda ən çox yoluxma sayının Tsilin, Futszyan, Quanqdonq, Şandunq, Tianjin və Şanxayda qeydə alındığı bildirilir.

Pandemiya başlayandan Çində ümumilikdə, 126 mindən çox insan koronavirusa yoluxub, 4636 nəfər isə həyatını itirib.

Qeyd edək ki, Çin hökuməti 2020-ci ilin aprel ayının əvvəlindən asemptomatik xəstələrlə bağlı ayrıca statistika dərc edir və ötən gün ərzində 1904 asemptomatik daşıyıcı qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 2283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed