Şrift:
Səudiyyə Ərəbistanında neft anbarına raket zərbəsi endirilib
26.03.2022 [10:02] - Xəbərlər, Hadisə
Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən neft anbarına raket zərbəsi endirilib.

Raket hücumu Husi qruplaşması tərəfindən həyata keçirilib. Hücum nəticəsində baş verən yanğın Ciddədə keçirilən Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin təşkil olunduğu trasın yaxınlığında olduğuna görə yarışın sərbəst yürüşlərinin vaxtı dəyişdirilib.

Qeyd edək ki, Yəməndə hərbi əməliyyatlar həyata keçirən koalisiyaya rəhbərlik etdiyinə görə Səudiyyə Ərəbistanı Husi qiyamçıları tərəfindən mütəmadi olaraq hücumlara məruz qalır.
Bu xəbər oxucular tərəfindən 1046 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed