Şrift:
SEPAH müstəqil jurnalist Məhtab Quluzadəni tutdurmaq istəyir
27.03.2022 [09:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə İran Müstəqil Jurnalistlər Kanalı məlumat yayıb.

Qurum ictimaiyyəti və media işçilərini jurnalisti müdafiə etməyə çağırıb və onun məhkəməyə çağrılmasını azad sözə qarşı basqının növbəti dalğası adlandırıb.

SEPAH Məhtab Quluzadəyə qarşı iddia qaldırıb və Tehranın İnqilab Məhkəməsi jurnalistə aprelin 5-də məhkəmədə olması ilə bağlı müraciət göndərib.

O, xarici mediaya verdiyi müsahibələr, Xuzistan əyalətində su üsyanı barədə hazırladığı xəbərlər və icbari hicaba qarşı çıxdığına görə basqılara məruz qalıb.

Bundan öncə 2021-ci ilin avqust ayında İranın təhlükəsizlik məmurları Məhtab Quluzadənin evinə basqın edərək onun şəxsi əşyalarını müsadirə edib, özünü təcridxanaya aparmışdılar.
Jurnalist ötən ilin dekabr ayında 1 milyard tümənlik ağır girov qarşılıında azadlğıa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 1156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed