Şrift:
Şərqşünas alim beynəlxalq simpoziumda iştirak edib
28.03.2022 [10:47] - Gündəm, Mədəniyyət
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı Türkiyənin Atatürk Universitetinin təşkil etdiyi “Beynəlxalq sosial elmlərdə qadın araşdırmaları” adlı simpoziumda iştirak edib.

Bu barədə AMEA-dan məlumat verilib. Şərqşünas alimin simpoziumda “XX əsrin əvvəllərində Azərbaycanın maarifçi qadınları” mövzusunda məruzəsi dinlənilib. Məruzədə XX əsrin əvvəllərində Azərbaycanda açılan qız məktəbləri, qadın xeyriyyə cəmiyyətləri barədə məlumat verilib. Daha sonra Gülər Qafqazlı Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova, ilk ana dili müəllimi olan Şəfiqə Əfəndizadə, Moskvada “Qızıl meydan”da rus dilində çıxış etmiş türk-müsəlman qadını Məryəm Bayraməlibəyova və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin ilk məzunlarından olan Nazlı Nəcəfova barədə danışıb. Məruzədə qeyd edilib ki, azərbaycanlı qadınların bəziləri zorakılığa məruz qalmasına, sürgün həyatı yaşamasına, övladlarının üzünə həsrət qalmasına baxmayaraq, qız uşaqlarının təhsil alması üçün əllərindən gələni edib və istəklərinə həyatları bahasına da olsa, nail ola biliblər.
Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed