Şrift:
İtaliyada koronavirusa gündəlik yoluxma sayı 100 minə çatır
30.03.2022 [10:19] - Gündəm, Sağlıq
İtaliyada ötən sutka ərzində koronavirus qurbanlarının sayı 177 nəfər artaraq 159 min 54-ə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, ötən 24 saatda ölkədə 99 min 457 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu, fevralın 8-dən bəri qeydə alınan ən yüksək göstəricidir. İtaliyada koronavirusa yoluxanların sayı isə ümumilikdə 14 milyon 496 min 579-a yüksəlib.

Hazırda ölkədə reanimasiya şöbəsində olanların sayı 487, aktiv COVID-19 xəstələrinin sayı isə 1 milyon 266 min 878 nəfərdir.

İtaliyada pandemiya dövründə 13 milyon 70 min 647 nəfər virusdan sağalıb.
Bu xəbər oxucular tərəfindən 2072 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed