Şrift:
Norveç Ukraynaya daha 2 min ədəd tank əleyhinə silah verib
31.03.2022 [10:11] - Gündəm, Hərb
Norveç Ukraynaya daha 2 min ədəd tank əleyhinə silah verib.

Norveç hökumətinin saytına istinadla xəbər verir ki, tank əleyhinə silahların yeni partiyasının ötürülməsi əvvəllər Ukraynaya göndərilmiş müdafiə vasitələri və 2 minə yaxın hərbi texnika ilə yanaşı həyata keçirilir.

Tank əleyhinə silahların yeni partiyası çərçivəsində Ukrayna tərəfinə M72 yüngül tank əleyhinə raketlər veriləcək.

Norveç hökumətinin saytında bildirilir ki, bu yolla Norveç bir sıra digər ölkələr kimi Ukrayna hakimiyyətinin tank əleyhinə silahlar şəklində əlavə yardım tələbinə cavab verib.
Bu xəbər oxucular tərəfindən 4423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed