Şrift:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
31.03.2022 [10:13] - Gündəm, Sosial
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən bildiriblər ki, iclasda QHT sektorunun ümumi vəziyyətinin qiymətləndirilməsi üzrə Konsepsiya Sənədi layihəsi məsələsinə baxılıb, müzakirələr aparılıb. Gündəlikdə, eyni zamanda, Agentliyin kənar auditorununun təyin edilməsinə dair Müşahidə Şurasının 2022-ci il 21 yanvar tarixli qərarının icrası haqqında məsələlər öz əksini tapıb.

Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Sonda Müşahidə Şurasının üzvləri tərəfindən cari məsələlər müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed