Şrift:
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə qəbulu bu gün başa çatır
31.03.2022 [10:26] - Gündəm, Mədəniyyət
Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə qatılmaq üçün layihələrin qəbulu prosesi bu gün yekunlaşır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər martın 31-i saat 23:59-dək layihələrini təqdim etməlidirlər. Layihələrin qəbulu www.grants.edu.az saytı üzərindən həyata keçirilir. Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Müsabiqə barədə sual yaranarsa grants@edu.gov.az ünvanına müraciət etmək olar.
Bu xəbər oxucular tərəfindən 856 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed