Şrift:
Həndbol üzrə təcrübəli mütəxəssis İsgəndər Əsgərov növbəti təyinat alıb
01.04.2022 [10:23] - Gündəm, İdman
Həndbol üzrə təcrübəli mütəxəssis İsgəndər Əsgərov növbəti təyinat alıb.

Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, İsgəndər Əsgərov qadın həndbolçuların EHF kubokunun yarımfinal mərhələsinin oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Təcrübəli mütəxəssis Serbiyanın ZRK Bekament Bukoviçka Banja və İspaniyanın HC Kosta Del Sol Malaqa klublarının görüşündə qitənin ali həndbol qurumunu təmsil edəcək.

Gərgin və maraqlı mübarizə vəd edən oyun aprelin 2-də Serbiyanın Aranjelovavats şəhərinin "Şumadiya" idman arenasında təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed