Şrift:
Laçınlılar soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər
01.04.2022 [10:24] - Xəbərlər, Sosial
Əsrlər boyu Azərbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq xülyasında olan erməni millətçiləri bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atıb, bəşəriyyət tarixində bənzəri olmayan vəhşiliklər törədiblər. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı həyata keçirilən genişmiqyaslı qanlı cinayətlərdən biri 1918-ci ilin mart-aprel aylarında törədilən soyqırımıdır. Erməni daşnakları tərəfindən Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə törədilən kütləvi qırğınlar zamanı on minlərlə soydaşımız qətlə yetirili

Bu barədə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində keçirilən tədbirdə bəhs edilib. Tədbir iştirakçıları Taxtakörpü ərazisindəki “Şəhidlərin xatirə kompleksi”ni ziyarət edərək önünə tər güllər düzüblər.

Anım mərasimdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğın və deportasiya siyasətindən danışıb, bu hadisələrin səbəbkarlarına hiddət və nifrətlərini ifadə ediblər.
Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed