Şrift:
Hacıqabulda türk şəhid məzarlığında anım mərasimi keçirilib
01.04.2022 [10:34] - Xəbərlər, Türk dünyası-Turan
Hacıqabul rayonunda yerləşən türk şəhid məzarlığında dəfn olunan şəhidlərin məzarları ziyarət olunub, xatirələri dərin ehtiramla yad edilərək ruhlarına dualar oxunub.

Sabirabad Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, Hacıqabul rayon Atbulaq, Qızılburun, Navahı, Rəncbər, Qubalıbaloğlan kənd, Navahı, Pirsaat qəsəbə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı günündə Qubalıbaloğlan kəndində yerləşən türk şəhid məzarlığında anım mərasimi keçirilib. Tədbirdə mədəniyyət işçiləri ilə yanaşı rayon, kənd icra və bələdiyyə rəhbərləri, kənd məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Şəhidlərin xatirəsi sükutla anılıb. Ziyarətçilər şəhidlərin məzarı üzərinə tər güllər düzüblər.
Bu xəbər oxucular tərəfindən 4469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed