Şrift:
Nigeriyada qayığın çayda batması nəticəsində 13 nəfər ölüb
01.04.2022 [10:47] - Gündəm, Hadisə
Nigeriyada qayığın çayda batması nəticəsində 13 nəfər həlak olub.

“BBC”yə istinadla xəbər verir ki, hadisə ölkənin Niger əyalətinin Qalkoqo kəndinin sakinlərinin silahlı dəstələrin hücumundan qayıqla qaçdıqları zaman baş verib. Ölənlər arasında 10 nəfər uşaq da var.

Ölkə rəsmiləri onlarla insanı daşıyan qayığın həddindən artıq yüklü olduğunu, bu səbəbdən batdığını bildiriblər.

Qeyd edək ki, Nigeriyanın şimalında bir milyona yaxın insan yerli silahlı dəstələrin hücumları nəticəsində öz evlərini tərk edib.
Bu xəbər oxucular tərəfindən 2459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed