Şrift:
Türkiyə və Ukrayna müdafiə nazirləri Mariupoldan əhalinin təxliyəsi və humanitar yardım məsələlərini müzakirə ediblər
04.04.2022 [09:13] - Xəbərlər, Siyasət
Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Oleksi Reznikov arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Danışıq zamanı Ukraynanın Mariupol şəhərindən əhalinin təxliyəsi və humanitar yardımın çatdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Akar insan tələfatının artmaması üçün bir an əvvəl atəşkəsin elan edilməsi, eləcə də mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlərin açıq saxlanmasının vacibliyini vurğulayıb.

Hulusi Akar bir daha bildirilib ki, Türkiyə Ukraynaya humanitar yardım baxımından üzərinə düşəni etməyə davam edəcək.
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed