Şrift:
Ərəb Liqası Moskva ilə Kiyev arasında vasitəçilik etmək niyyətindədir
05.04.2022 [09:47] - Xəbərlər, Sosial
Ərəb Dövlətləri Liqası (Ərəb Liqası) Rusiya-Ukrayna böhranının aradan qaldırılması məsələsində Moskva ilə Kiyev arasında vasitəçilik etməyə hazırdır. Bu danışıqlar BMT-nin Nizamnaməsi, beynəlxalq hüquq normaları, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət şəraitində aparılmalıdır

Misir Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, bu fikirlər Ərəb Liqasının Baş katibi Əhməd Əbul-Ğeyt və Misirin xarici işlər naziri Sami Şükrünün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə keçirdikləri görüşdən sonra səsləndirilib.

Sami Şükrü görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, Ərəb Liqası xarici işlər nazirlərinin 157-ci sessiyasında Misir, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Əlcəzair, İraq və Sudan təmsilçiləri Ukrayna böhranının ərəb ölkələrinə təsirini müzakirə ediblər. Bu iclasda ərəb ölkələrinin Rusiya və Ukrayna liderləri arasında danışıqlara vasitəçilik etmək niyyəti də açıqlanıb.

Əhməd Əbul-Ğeyt isə öz bəyanatında Ukraynada davam edən hərbi əməliyyatların ərəb ölkələrində ciddi sosial-iqtisadi fəsadlara, o cümlədən taxıl tədarükü, turizm sektorunda dərin böhrana səbəb olduğunu vurğulayıb.

Ərəb Liqasının nümayəndə heyəti aprelin 5-də Varşavada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə də görüşəcək.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed