Şrift:
Ankarada böyük özbək şairi Muhammed Yusufin xatirəsi ehtiramla yad edilib
06.04.2022 [10:32] - Xəbərlər, Türk dünyası-Turan
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında çağdaş özbək ədəbiyyatının görkəmli simalarından şair Muhammed Yusufin xatirəsinə anma mərasimi keçirilib.

TÜRKSOY və Özbəkistanın Türkiyədəki Səfirliyi tərəfindən təşkil olunan mərasimdə böyük şairin yaradıcılıq nümunələrini özündə əks etdirən “Muhammed Yusufin seçilmiş əsərləri” (“Muhammed Yusuf Seçmeler”) kitabının təqdimatı olub.

Mərasimin açılışında çıxış edən TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, Özbəkistanın Türkiyədəki səfiri Alisher Agzamkhodjaev, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Nadir Canuzak şair Muhammed Yusufin zəngin mənalı həyat və yaradıcılığından bəhs ediblər. Türk dünyasının öncüllərinin həyata və yaradıcılığının tanıdılması, əsərlərinin müxtəlif dillərə tərcüməsi və nəşri istiqamətində TÜRKSOY-un həyata keçirdiyi layihələr yüksək dəyərləndirilib.

Sonra böyük şairin yaradıcılığı ilə bağlı müzakirələr aparılıb. Vurğulanıb ki, şair Muhammed Yusuf özbək poeziyasının inkişafı üçün böyük səylər göstərib. Onun şeirləri hər zaman poeziya həvəskarları tərəfindən sevilib və rəğbətlə qarşılanıb. Şairin əziz xatirəsi xoş ifadələrlə yad edilib.
Bu xəbər oxucular tərəfindən 1050 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed