Şrift:
Qərb elminin baniləri olmuş 10 İslam-Şərq alimi - SİYAHI
10.01.2013 [12:59] - Sosial
Hazırda elmin inkişafı tam olaraq Qərb dünyasının adıyla bağlıdır. Şərq aləmində isə Yaponiya, Hindistan, Koreya və Çindən başqa digər ölkələrin elmi inkişafı isə demək olar ki, sıfır səviyyəsindədir. Amma Orta əsrlərin İslam-Şərq ölkələrində elə bir elmi-mədəni, həmçinin fəlsəfi intibah olmuşdu ki, onların yazdığı əsərlər və etdikləri kəşflər hazırkı Qərb elminin təməlini qoyub. Sizi həmin alimlər və onların dünyanı hələ də silkələyən və sonradan Qərb dünyasının oğurladığı kəşflərlə tanış edirik:

10. Fəxrəddin Razi

XII əsr görkəmli fars filosofu tibb elminin dühalarından biri olub. O, məntiq, riyaziyyat, astronomiya sahəsində bir sıra kəşflər edib. Əsas və oğurlanmış kəşfləri: cazibə qanunu (Sonradan İsaak Nyutonun adı ilə bağlanıb) insan orqanizmində qızılca və çiçək xəstəlikləri.

9. Qütbəddin Şirazi

XII əsrin böyük filosof, təbib və diplomatı olan Qütbəddin Şirazi 1263-cü ildə İranın Şiraz şəhərində anadan olub. Nəsirəddin Tusinin ən yaxın silahdaşlarından və tələbələrindən sayılan Qütbəddin Şirazinin Qərb elminə təkan vermiş ixtirası: göy qurşağının varlığı və onun elmi yöndən təsnifatı.

8. Ağ Şəmsəddin

XV əsrdə yaşamış alim Osmanlı imperiyasının mənəvi atası hesab olunurdu. Zamanının böyük övliyalarından və filosoflarından olan Ağ Şəmsəddin tibb və astronomiya sahəsində ən çətin kəşflərə imza atıb. O, əsasən mikrobu kəşf etməklə Qərb elminə səs salmışdı.

7. Ömər Xəyyam

Onu əsasən şair olaraq tanısaq da, Ömər Xəyyam böyük alim kimi də dünyaya səs salıb. Aşiqanə rübailəri və eşqə aid qəzəlləri onun yaradıcılığının ikinci planında yer alır. O, əslində çox böyük riyaziyyatçı və astronomdur. Dünya elminə təsir etmiş kəşfləri: həndəsədə Binom düsturu, səma cisimləri barədə helosentrik nəzəriyyə (Kopernikdən əvvəl)

6. Əl Fərabi

X əsrdə yaşayan türk əsilli filosof , riyaziyyatçıdır. Elmdə Aristoteldən sonra “İkinci müəllim” adını qazanıb. Onun dövlətçiliyə və məntiqə aid kəşfləri indi də Avropa elmi nəzəriyyəsində aktuallığını qoruyub saxlayır. Lakin o , modern fizikada səs tezlikləri və səs dalğalarının fiziki şərhini verən alim kimi daha çox yadda qalır.

5. İbn Rüsd

Xİ əsrin böyük ensiklopedik alimi Qərbdə Averros kimi tanınır. Belə ki, onun tibb , fiqh, məntiq elmlərinə gətirdikləri yenilik Avropa alimlərinin bilik mənbəyinə çevrilib. O zamanında elə tibbi kəşflərə imza atıb ki, onları ancaq çağdaş texnologiya ilə yerinə yetirmək mümkün idi. Ən böyük kəşfi isə gözdəki torlu qişanın ixtirasıdır.

4. Mövlana Cəlaləddin Rumi

XII əsrin böyük övliyası , mövləvilik cərəyanının banisi olan Rumi hazırda dünya təfəkkür tərzinə təsir etmiş 5 böyük insan sırasındadır. O, fəlsəfə, psixologiya sahələrində elə kəşflərə imza atıb ki, Avropa ancaq XİX – XX əsrlərdə onları tətbiq edə bilib. Ziqmund Freydin psixoanalizini buna aid etmək olar.

3. Məhəmməd Əl Xarəzmi

IX əsrdə yaşamış alim dəqiq elmlər sahəsində əsil inqilab edib. Sıfır rəqəmindən istifadə onun adı ilə bağlıdır. Ali riyaziyyatın da təməl nöqtəsini o qoymuşdur. Etdiyi riyazi kəşflər və hesablamalar modern texnologiyanın təməl nöqtəsi sayılır.

2. Nəsirəddin Tusi

XIII əsrin dahi zəkası və Azərbaycan elminin bayraqdarı olan Tusi Avropanı indi də elmi nəzəriyyələrlə “təmin edir”. Həndəsə, cəbr, astronomiya və ali riyaziyyat sahəsində etdiyi kəşflər qərb elminin inkişaf səbəbi olub. Ən böyük kəşfi isə triqinometriyanın nəzəriyyəsidir.

1. İbn Sina

Nəinki Şərq, eləcə də dünya tibbinin atası sayılan İbn Sina Avropanı 700 ildir ki, özünə məftun etməklə məşğuldur. Avropada Avissena kimi tanınan alim “Şəfa“ kitabında yalnız hazırkı texnologiya ilə tətbiq edilən elmi kəşflərə imza atıb. Zəmanəsinin dahi təbibi adlandırılan İbn Sina müasir cərrahi metodların təməl nöqtəsini qoyub. Həmçinin daxili xəstəliklərin profilaktika və müalicəsi də onun adı ilə bağlıdır.

Elmin Nuri
Bu xəbər oxucular tərəfindən 1025 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed