Şrift:
Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı 20 mini ötüb
06.04.2022 [11:00] - Gündəm, Sağlıq
Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı hazırki “omikron” dalğasında 20 mini ötüb.

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, ötən sutkada ölkənin 31 vilayəti üzrə 1383 təsdiqlənmiş və 19 min 89 asimptomatik hal aşkarlanıb.

Artıq bir neçə gündür ki, yoluxmaların episentri Çinin əhali sayına görə ən iri şəhəri olan Şanxaydır. Ötən gün şəhərdə 17 min 77 hal aşkarlanıb ki, onun da 16 min 766 simptomsuz pasiyentlərdir. Şanxayda yoluxmaları nəzarət altına almaq üçün iki mərhələdə tam qapanma tətbiq olunub və təxminən 26 milyon sakin bir neçə dəfə PZR və sürətli antigen testi verib. Yoluxmaların çoxalmasını nəzərə alan şəhər hökuməti yaşayış məhəllələrində tətbiq olunan qapanma rejimini qeyri-müəyyən müddətə uzadıb. Sakinlərin evlərini tərk etməsinə tibbi ehtiyaclar istisna olmaqla, icazə verilmir. Bu, Uhan qapanmasından sonra Çində 2-ci ən irimiqyaslı qapanmadır.

Simptomsuz və yüngül simptomlu xəstələrin yerləşdirilməsi üçün 47 min çarpayılıq mobil xəstəxanalar quraşdırılıb. Əlavə 30 min yerlik mobil xəstəxanalar isə quraşdırma mərhələsindədir. Mehmanxanalar, idman və sərgi salonları, stadionlar da daxil olmaqla 62 xüsusi karantin yeri müəyyən edilib. Virusa yoluxanlarla təmasda olan təxminən 200 min nəfər də tibbi nəzarət altındadır.

Qeyd edək ki, martın əvvəlindən etibarən Çinin müxtəlif yaşayış məntəqələrində virusa yoluxmalar davamlı olaraq çoxalır. Mütəxəssislər hazırkı dalğanı Çinin Uhan böhranından sonra COVID-19 pandemiyası ilə ikinci böyük mübarizəsi hesab edirlər. Yoluxuculuq qabiliyyəti daha yüksək olan, amma daha az hospitalizasiyaya səbəb olan “omikron” ştamına görə dominant ölkələrin çoxu “Virusla birgə həyat” strategiyasını tətbiq edərək, qapanmalar da daxil olmaqla karantin qaydalarını maksimum dərəcədə yumşaltsa da, Çin “Sıfır COVID” və ya “Virussuz həyat” prinsipinə sadiq qalaraq, infeksiyanın yayılmasını tam nəzarət altına almağa çalışır.
Bu xəbər oxucular tərəfindən 4221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed