Şrift:
İtaliyada koronavirus əleyhinə antiviral dərmanlarla 5171 nəfərin müalicəsi aparılıb
07.04.2022 [10:29] - Gündəm, Sağlıq
İtaliyada fevral ayından bu günədək koronavirus əleyhinə antiviral dərmanlar vasitəsilə 5171 nəfərin müalicəsi aparılıb.

Bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza deyib.

Nazir qeyd edib ki, antiviral dərmanlar COVID-19-la mübarizədə həlledici vasitə olaraq qalır. İtaliyada fevral ayından bu vaxtadək “Molnupiravir” və “Paxlovid” antiviral dərmanları vasitəsilə 5171 müalicə aparılıb.

Xatırladaq ki, yanvarın sonlarında Avropa İttifaqının (Aİ) İnsan Sağlamlığı Komitəsi “Pfizer” şirkəti tərəfindən hazırlanmış koronavirus əleyhinə “Paxlovid” dərmanının istifadəsinə icazə verib. “Paxlovid” antiviral dərmanı fevral ayından isə İtaliyada istifadə olunmağa başlayıb.
Bu xəbər oxucular tərəfindən 4502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed