Şrift:
İngilis xəyanəti
01.11.2011 [09:47] - DAVAMın yazıları
Ey dili qafil fil faili məchul fani f....
Aparılan araşdırmalara görə, ingilislər dünyada ən xəyanətkar millətdir


Onların xəyanətləri ailə yapısının doğrultusunda hesaba-kitaba vurulub. Qadının kişiyə, kişinin qadına xəyanəti baxımından ingilislərin dünyada belə bərkgedən olması onları deyəsən dünyanın gedişatının əksər məqamları üçün öndər millətlərdən edib.

Qadınların kişilərə, kişilərinsə qadınlara xəyanətinin ölçüsü ağlagəlməzdir. İndi düşünün, ingilis insanının bu qədər yaxın məsafə və çərçivədə xəyanətkar olmasının kökündə nələr dura bilər? Bu xəyanətkarlıq dünya mədəniyyəti, siyasəti içində onlara nələr verib, nələri qazandırıb, hansı tarixi yazdırıb? Bu çətin suala verəcəyim cavab əsl cavabların bir faizini təşkil edə bilər.

İngilislərin xəyanətkarlığının kökündə mədəniyyətləri dayanır!
İngilislərin xəyanətkarlığının kökündə dinləri dayanır!
İngilislərin xəyanətkar olmasının təməlində ingilis dili durur!


Bu gün ingilis dilinin dünyada hakim dilə, “feodal-patriarxal sistemin dilinə” çevrilməsi ingilislərin daxili duyğularının, hisslərinin, dünyagörüşlərinin, təfəkkür tərzinin, dünyaya baxış acısının iyrəncliyindən, düzgün olmamasından-“eqosentral nevroloi aktivlikdən” qaynaqlanır. Dünyada heç bir dil bütün dillərin yayıldığı əraziləri zəbt eləyə bilməz. Belə olduğu halda, ortalıqda böyük uçurum, anlaşılmazlıq, barışmazlıq, yanlışlıq göyü qaraldar, torpağı qumsallaşdırar, suları -məsələn Urmiya gölünü qurudar.

Xəyanət nədir? Məsələn, bir ingilis kişisi bir ingilis qadınına deyir, “bilirsənmi, dünyada səndən başqası yoxdur. Səndən başqa qadın tanımıram, bir başqasına ehtiyacım yoxdur.“
Bir başqa ingilis qadını isə ingilis kişisinə deyir, “bilirsənmi, səndən başqasını görə bilmirəm.” Yaxud, “sənsiz neylərəm, erkəyim mənim!!!”

Eyni cinsin nümayəndələri bu sözləri dedikdən bir az sonra eyni tonda eyni sözləri başqa birisinə də deyə bilir, həm də bu hərəkətindən sonsuz həzz də alır. Bu, energetik - genetik paylaşımın təkəlçiliyinin mental sərxoşluğu da sayılmalı.

Fakt odur ki, ingilislər xəyanət adlı bir insanlıq kəhanətinə ağalıq edir, ona sahib çıxır, mənimsəyir, özəlləşdirməyə qədər özlərinin milli etiketlərini də bu “sərmayənin” üzərində göstərməyi bacarırlar.
İngilislərin dünya siyasətinin kökündəki politikyönümlü ağalığının da təməl iksiri onların insanlarının, millətini genetik yaddaşında pərvəriş tapan, getdikcə çiçəklənmə dönəmini yaşadan xəyanət “məsuliyyətinin” dünya milli mədəniyyət ekvalentinə dəyişilməz, orjinal nümunə, örnək olmasıdır. Birbaşa ailə yapısından, nəsil artırma düzənindən başlayan bu xaos, qarmaşa bu buynuz çıxarmışların genetik-mədəni irsində qalmayıb, getdikcə digər Şərqli-Qərbli etnosların da həyat tərzinə “şirə verməsi”, artıq anlayan beyinlərin diri qalmış hüceyrələrini də ayağa qaldırıb. Bu qorxunc heyararşi, bu təhlükəli şər hərcimərciliyi, şeytan tufanı, iblis qasırğası qarşısına keçəni sunami kimi qabağına qatıb üzü reklamlara, maddiyyata, zahiri görüntülərə, beşgünlük dünya aldanışlarına, dünya zövqlərinə doğru qovub aparır. İngilis kişisinin və qadınının xəyanətpərvər olması onun şəxsində ilişib qalmır. O xəyanətlər dilə, siyasətə, politikaya, mədəniyyətə, dinə sirayət eləyib, yıxdığını kəsir, aman diləyənə nifrət eləyir. Qadını-kişisi xəyanətkar olan ingilisin dövlət başçıları, din xadimi, həkimi, hərbi naziri, kralı, mədəniyyət təmsilçisi, şairi, yazarı, musiqiçisi, rəssamı, gəmi kapitanı, uşaq bağçasındakı görəvlisi, təhsil yönətməni, çobanı varsa (ingilisin bu vədələr çobanı olması bir az absurd kimi gəlir mənə) xizək sürəni, futbolçusu, sürücüsü, jurnalisti, kosmonavtı, nəhayət uşağı və ölüsü də xəyanətkarlıq yükünü daşıyanlardan sayılır, kəsə desək, xəyanətkar-dır!

Əgər bu sadalamalardan sonra “xəyanətkar olmaq nədir?”- adlı bir sual ortaya çıxıb xortlasa, o zaman xəyanət haqqındakı bəyanımız təxmini olaraq belədir: dində günah qavramını dirçəldib, dini üzərimizə gətirən, Allah qatında bütün əməllərimizi və yaxşılıqlarımızı yox eləməyə çalışan, dünya, insanlıq baxımından, gələcək nəsillərin doğru-düzgün əqidə sahibinə çevrilməsinin qarşısını səylə alan, dünyanı qorxu-hürküyə məhkum eləməyə çalışan, kosmik müstəvidə milli və bəşəri mədəniyyət energetikasını tozanağa dönüşdürüb, kainatın əsas batini nöqtələrini darmadağın eləməyə israrlı səy göstərən qarşısıalınmaz bir virusdur. Yəni demək istəyirsən ki, salqın xəstəliyi.... elədi ki, var. O zaman bu yoluxucu xəstəliyin etnosun varlığından, ruhsal yapısından qaynaqlanması, sizə nəsə deyirsə, gəlin, bu anqlo-sakson kültürü anlayışının zehinləri tozanağa dondərən əməliyyatı altında dünya ağalığına bitib-tükənməz həvəsiylə hücum edən bir zehniyyətin adını yanlış əxlaq sahibi olan etnos, mədəniyyət daşıyıcıları qoyaq.

Sözsüz, xəyanət anlayış qadın-kişi, ailə serüvənində Aristotel də gəlsə, əxlaq kodeksinə girəcəyinə, pərçimlənəcəyinə şübhə eləmirəm. Özü də bu zəhərli çiçəkləriylə atəşfəşanlıq qoparan xəyanətin tutumunun əxlaqın tümünü əhatə eləməsi baxımından dövriyyəyə girərsə, sizcə, bir millətin, bir mədəniyyətin adına “ƏXLAQSIZ” demək savab sayılmazmı?

Bu gün ərəblərin çöllərə səpələnməyində, liderlərinin dərbədər edilməyində yəhidiliyin, ingilisliyin nə qədər “demokratik musqulu” görünürsə, bu qarmaşaların, qaynadılan qazanların içində ingilis insanının ailə xəyanətkarlığının da ifritəliyi ondan betərdir.
Bu xəbər oxucular tərəfindən 1332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed