Şrift:
Körpələr ana dilini ana bətnində mənimsəməyə başlayır
10.01.2013 [13:08] - Gündəm, Sosial
Ana dilini qadağan edən ölkələr və bunun əhəmiyyətsiz olduğunu iddia edən qeyri-demokratik qüvvələr, Ana Dilinin demokratik hüquqlar sırasında olmaqla yanaşı, onun insan üzərində olan fəlsəfi təsirini də bilməlidirlər.
Öyrənmək ana bətnində başlayır. Araşdırmaya görə, körpələr doğulduqdan sadəcə bir neçə saat sonra ana dil və xarici dil arasındakı fərqi başa düşə bilir.
Amerikalı və isveçli alimlər bu barədə araşdırma aparıblar. Körpənin ana bətnində ana dilini mənimsəməyə başladığını vurğulayan elm adamları körpələr üzərində apardıqları araşdırmanı ictimaiyyətə açıqlayıblar. Yarısı oğlan, yarı da qız 80 körpəyə analarının ana dili olan ingilis və ya İsveç dili dinlədilib. Bu səsləri eşidərkən uşaqların diqqətləri kompüterə bağlı olan əmziyi sorma vaxtına görə dəyərləndirilib. Araşdırma nəticəsində məlum olub ki, körpələr ana dilini başqa dildən daha yaxşı duya bilirlər.Araşdırma ''Acta Pædiatrica'' jurnalında yayımlanıb.
Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed