Şrift:
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi koronavirusa yoluxub
08.04.2022 [09:25] - Gündəm, Sağlıq
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin koronavirus testi müsbət çıxıb.


“İndependent” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının sözçüsü Dreu Hammill öz tviter hesabında bildirib.

Onun sözlərinə görə, 82 yaşlı spiker həftənin əvvəlində test verib və nəticə neqativ çıxıb. Görünür ki, Pelosi koronavirusa simptomsuz yoluxub.

Pelosinin bugünlərdə konqres nümayəndə heyəti ilə birgə Asiya regionuna səfəri gözlənilirdi. Səfər qeyri-müəyyən müddətə təxirə salınıb.

N.Pelosi çərşənbə axşamı, yəni aprelin 5-də Ağ Evdə sabiq prezident Barak Obama ilə qucaqlaşıb və ABŞ Prezidenti Co Baydenlə görüntülənib.

Son günlər ABŞ-ın Baş prokuroru Merrik Qarland, Ticarət katibi Gina Raimondo və konqresmen Adam Şiff də daxil olmaqla bir çox rəsmilərin COVID-19 testi müsbət çıxıb.
Bu xəbər oxucular tərəfindən 1938 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed