Şrift:
Türkiyənin və Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləşdirilməsi məsələləri müzakirə olunub
08.04.2022 [09:30] - Xəbərlər, Siyasət
Türkiyənin və Gürcüstanın hüquq-mühafizə orqanları terrorizmə qarşı mübarizə, qanunsuz miqrasiya, mütəşəkkil cinayətkarlıq və kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığı genişləndirəcəklər.

Bu barədə Tbilisidə səfərdə olan Türkiyənin daxili işlər naziri Süleyman Soylu gürcü həmkarı Vaxtanq Qomelauri ilə görüşdən sonra bildirib.

“Regiondakı mövcud vəziyyəti nəzərə alaraq hüquq mühafizə orqanları arasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi diqqət yetiriləcək”, – deyə S.Soylu vurğulayıb.

Türkiyənin daxili işlər naziri əməkdaşlığın prioritet istiqamətləri arasında qanunsuz mərc oyunlarına qarşı mübarizə və hüquq-mühafizə orqanları əməkdaşlarının hazırlanmasının vacibliyini qeyd edib.

Bildirilib ki, görüşdə tərəflər Təhlükəsizlik məsələləri üzrə Gürcüstan-Türkiyə müştərək komissiyasının yaxın vaxtlarda növbəti iclasının keçirilməsi ilə bağlı razılığa gəliblər.

Komissiyanın iclasında mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, terrorizm və digər ağır cinayətlərə qarşı birgə mübarizə məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed