Şrift:
Avstriyada fəaliyyət göstərən Azərbaycan Evində Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb
11.04.2022 [10:28] - Gündəm, Sosial
Avstriya Respublikasının Zaltsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Avstriya Azərbaycanlıları Cəmiyyətin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.

Avstriya Azərbaycanlıları Cəmiyyətindən bildirilib ki, iftar mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlanılıb.

Cəmiyyətin rəhbəri Fərid Əzizov iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Azərbaycanda, eləcə də ölkədən kənarda yaşayan azərbaycanlıların daima birlik və bərabərliklə açdıqları bu iftar süfrələrinin öz milli mənəvi dəyərlərinin yaşadılmasındakı, ənənəvi tolerantlığın nümayiş etdirilməsindəki önəmi vurğulanıb.

İkinci Qarabağ müharibəsindən bir ildən çox zamanın keçməsinə baxmayaraq, bu gün də qələbə sevincini bizə bəxş edən şəhidlərimizin əziz xatirələri yad edilib, ruhlarına dualar oxunub.

İftar süfrəsində iştirakçılar qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə bütün azərbaycanlıları təbrik edib və ən xoş arzularını çatdırıblar.

Sonra Ramazan duası oxunub.
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed