Şrift:
Türkiyə Prezidenti ilə Pakistanın Baş naziri arasında telefon danışığı olub
12.04.2022 [09:23] - Xəbərlər, Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistanın yeni seçilən Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata əsasən, Prezident Ərdoğan danışıq zamanı Şahbaz Şərifə Pakistan parlamentinin qərarı ilə Baş nazir seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Seçkinin nəticələrinin dost və qardaş Pakistan xalqı üçün xeyirli olmasını arzulayan Prezident Ərdoğan, Türkiyənin köklü tarix, dostluq və qardaşlıq əlaqələri ilə bağlı olduğu Pakistanda baş verənləri yaxından izlədiklərini, üzləşdiyi bütün çətinliklərə və maneələrə baxmayaraq Pakistan xalqının demokratiya və qanunun aliliyindən dönmədiyini bir daha nümayiş etdirdiyini dilə gətirib.

Prezident Ərdoğan Türkiyə olaraq Pakistana indiyə qədər göstərdikləri hər cür dəstəyi bundan sonra da davam etdirəcəklərini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed