Şrift:
Daşkənddə Azərbaycan aliminin özbək dilində kitabı çap olunub
12.04.2022 [09:34] - Gündəm, Mədəniyyət
Daşkənddəki “Renessans press” nəşriyyatında Azərbaycan alimi, professor Ramiz Əskərin “Özbək ədəbiyyatı tədqiqatları” kitabı özbək dilində çap olunub.

Kitaba Ramiz Əskərin özbək ədəbiyyatı nümayəndələrinə həsr olunmuş məqalələri toplanıb.

Kitabda böyük şair və hökmdar Sultan Hüseyn Bayqaranın, tanınmış qılınc və qələm ustası Zəhirəddin Məhəmməd Baburun həyatı və yaradıcılığı haqqında oçerklər verilib. Alim Baburun türk-islam ədəbiyyatında memuar janrında yazılmış ilk əsər olan “Baburnamə”sini Azərbaycan dilinə çevirib.

Xatırladırıq ki, azərbaycanlı alim indiyədək 27 kitab yazıb, türk, özbək, qazax, qırğız, tatar, qaqauz dillərindən 60 kitab tərcümə edib.

Ramiz Əskər Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə verdiyi mühüm töhfələrə görə Babur adına beynəlxalq mükafata layiq görülüb, Nəvai şəhərinin fəxri vətəndaşı seçilib. Alim ötən ilki yubiley şənlikləri çərçivəsində Beynəlxalq Türk Akademiyasının “Əlişir Nəvai” qızıl medalı ilə təltif edilib, ona Daşkənddəki “Turan” Elmlər Akademiyasının fəxri akademiki adı verilib
Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed