Şrift:
Rza Bərahəninin oğlu: “Atam türk olduğuna görə təhqir etdilər”
12.04.2022 [09:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Oktay Bərahəni bir sıra panfarsist qrupların, radikal miliyyətçilərin atasına qarşı təhqir və böhtan kampaniyası başlatmalarından təəssüfləndiyini deyib.

“Bir çoxları Rza Bərahəniyə türk olduğu üçün böhtan atdılar. Biz təbrizliyik. Atam farsca yazan önəmli yazıçı olsa da biz İran türküyük.

Müxtəlif qruplar atama və ailəmizə qarşı kampaniya başladaraq təhqiramiz sözlər yazıb, yalan və böhtan xarakterli fikirlər bildirib, siyasi maraqlara hesablanmış şüarlar səsləndirdilər. Rza Bərahəninin bütün yaradıcılığına qarşı hörmətsizlik etdilər”-deyə, Oktay Bərahəni bildirib.

Qeyd edək ki, bir çox panfarsist qruplar, media qurumları və eyni halda Tehran hökumətinə bağlı cərəyanlar Rza Bərahəninin İranda türk dilinə qarşı uyğulanan çıxışlarına görə onu hücumlar edib, ölümündən sevindiklərini bildirib və oğlunun adının türkcə olduğuna görə onu təhqir ediblər.

Bununla yanaşı, Tehran hökuməti tanınmış yazıçının meyitinin Kanadadan gətirilib Təbrizdə torpağa tapışırılmasına icazə verməyib. Onun oğlu Oktay Bərahəniyə basqılar göstərilib.
Bu xəbər oxucular tərəfindən 2396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed