Şrift:
Faktiki hava: Bakıda küləyin sürəti artır
13.04.2022 [09:26] - Gündəm, Bildiriş
Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 05:00-a olan məlumata əsasən, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi qərb rayonlarında tədricən səngiyir, Bakıda isə küləyin sürəti artır.

Xidmətdən bildiriblər ki, küləyin ani maksimal sürəti Naftalanda 20, Neftçala, Biləsuvarda 12 metr/saniyəyə çatır.

Bakıya və Abşeron yarımadasına gəlincə, küləyin sürəti Bakıda saniyədə 28, Maştağada 19, Neft Daşlarında 20, Çilov adasında 19 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.0 metrdir.

Şimal-qərb küləyinin aprelin 13-ü səhər saatlarında bəzi yerlərdə 18-23, arabir 25-28, gündüz isə 15-18 metr/saniyəyədək mülayimləşəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 4590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed