Şrift:
Sabah Zərdabın qaz təchizatında müvəqqəti fasilə yaranacaq
14.04.2022 [09:33] - Gündəm, Bildiriş
Sabah Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İB-dən bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi, qaz sızmalarının ləğvi və sair görüləcək təmir işləri ilə əlaqədar aprelin 14-də saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan zaman Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu xəbər oxucular tərəfindən 1777 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed