Şrift:
YARAT-da "Mədəni yenilənmə" layihəsinin növbəti tədbiri keçiriləcək
14.04.2022 [09:52] - Gündəm, Mədəniyyət
"Mədəni yenilənmə" layihəsinin budəfəki qonağı Rusiya Kino və Televiziya Rəssamları Gildiyasının vitse-prezidenti, Moskva Kino Məktəbinin "Bədii quruluş" proqramının kuratoru Əddis Hacıyevdir.

Aprelin 26-da YARAT Müasir İncəsənət Mərkəzində reallaşacaq tədbir zamanı Moskva kino məktəbinin tələbələrinin ərsəyə gətirdikləri işlər təqdim olunacaq. Tədbir çərçivəsində onun "İdrak" adlı qısametrajlı filmi nümayiş ediləcək. Film, 2021-ci ildə Türkiyədə keçirilən "Efeler Uluslararası Çevre Film Günleri" festivalında Aydın bələdiyyə başqanının mükafatını qazanıb. Nümayişdən sonra həmçinin Avropa, Rusiya və Azərbaycanda kino istehsalının xüsusiyyətlərinə dair müzakirələr aparılacaq. Eyni zamanda layihə çərçivəsində təhsil sahəsi üzrə ekspert Yekaterina Çərkəzzadə ilə kreativ sənayelərin inkişafına dair panel müzakirə keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed