Şrift:
Elçin Əsədov “Tour of Turkey” yarışında çıxış edir
15.04.2022 [10:23] - Gündəm, İdman
Şose velosipedi üzrə Azərbaycanın Elit yığma komandasının üzvü Elçin Əsədov Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubunun heyətində nüfuzlu “Tour of Turkey” yarışında çıxış edir.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) “2 Pro” kateqoriyalı yarışında 6 dünya turu, 12 peşəkar kontinental və 7 kontinental olmaqla 25 kollektiv mübarizə aparır.

Qarşıya qoyulan tapşırığa əsasən komanda liderinin uğur qazanması üçün çalışan Elçin Əsədov 8 mərhələdən ibarət veloturun 146 kilometrlik 4-cü mərhələsi zamanı aralıq sürət sprintində 2-ci nəticə göstərməklə 3 xal da əldə edib və hazırda ən yaxşı sprinterlər siyahısında 28-ci yerdə qərarlaşır. Yeri gəlmişkən, bu mərhələdə “Sakarya BB Pro Team” klubunun türliyəli üzvü Mustafa Sayar Elçin Əsədov da daxil olmaqla digər komanda yoldaşlarının dəstəyi ilə finiş xəttini 12-ci yerdə keçib və hazırda ümumi təsnifatda 9-cu yerdə qərarlaşır. “Tour of Turkey” yarışına aprelin 17-də yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 802 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed