Şrift:
BMT: Cənubi Sudanda 9 milyon insan aclıqla mübarizə aparır
15.04.2022 [10:28] - Gündəm, Sosial
Cənubi Sudanın 9 milyona yaxın sakini dünya bazarında ərzaqların qiymətinin xeyli qalxması və silahlı qruplaşmaların hərəkətləri səbəbindən ərzaq yardımına kəskin ehtiyac duy

TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Sudandakı missiyasının (UNMISS) rəhbəri Nikolas Heysom bildirib.

“Cənubi Sudan əhalisinin üçdə ikisi və ya 9 milyona yaxın insan – bunlardan 4,6 milyonu uşaqdır – sağ qalmaq üçün köməyə ehtiyac duyur. Ərzaq qıtlığı ölkənin müxtəlif bölgələrində hiss olunacaq”, - deyə o Afrika ölkəsinin paytaxtı Cubada keçirdiyi mətbuat konfransında deyib.

N.Heysom ölkənin təcili və daimi maliyyəyə ehtiyacı olduğunu vurğulayıb. “Yalnız dünya birliyinin birgə səyləri Cənubi Sudanda ən pis hadisələrin qarşısını ala bilər”, - deyə o söyləyib.
Bu xəbər oxucular tərəfindən 643 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed