Şrift:
“Çinin ictimai və siyasi xadimləri Heydər Əliyev haqqında” mövzusunda inşa müsabiqəsi elan edilib
15.04.2022 [10:45] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının dinləyicilərini “Çinin ictimai və siyasi xadimləri Heydər Əliyev haqqında” mövzusunda inşa müsabiqəsinə dəvət edir.

ADU-dan bildirilib ki, müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib. Müsabiqəyə Azərbaycan, Çin və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir. Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.

Müsabiqə iştirakçılarının işləri mayın 1-dək rafabba@yandex.ru elektron poçt ünvanına qəbul edilir. Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara isə sertifikatlar veriləcək.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsində tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirməkdir.
Bu xəbər oxucular tərəfindən 1713 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed