Şrift:
Türkiyə və Ukrayna klubları arasında xeyriyyə oyunu keçirilib
15.04.2022 [10:52] - Gündəm, İdman
Türkiyənin “Qalatasaray” və Ukraynanın “Dinamo” (Kiyev) futbol komandaları arasında xeyriyyə oyunu keçirilib.

İstanbuldakı NEF stadionunda oynanılan matçda Ukrayna klubu 3:1 hesablı qələbə qazanıb.

Oyundan əvvəl Ukraynadakı müharibədə dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Qeyd edək ki, bilet satışından əldə olunan gəlir müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.
Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed