Şrift:
İsrail Suriyada İrana məxsus hərbi hədəflərə zərbə endirib
15.04.2022 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fransa xəbər agentliyi aprelin 14-də Suriyanın paytaxtı Dəməşqin yaxınlığında bir neçə güclü partlayışın baş verdiyini bildirib.

Suriya hökumətinin rəsmi xəbər agentliyi “SANA” insan tələfatı və itkilər barədə açıqlama vermədən hücumları təsdiqləyib.

“İsrailin hava hücumundan sonra Dəməşq vilayətində partlayışlar baş verdi. Suriya Xəbər Agentliyinin məlumatına görə, cümə axşamı gecə Dəməşq əyalətində partlayış səsləri eşidilib”-deyə, Fransanın “Paris Biken” xəbər saytı yazıb.

Əl-Ərəbiyyə mənbələri günün sonunda bildiriblər ki, İsrailin Suriyaya hücumu İranın yeni gələn hava hücumundan müdafiə sistemlərini, eləcə də İranın pilotsuz təyyarələrini daşıyan texnikaları, radarları və hərbi kolonları hədəf alıb.

Qeyd edək ki, aprelin 10-da “The Wall Street Journal" qəzeti İsrail qaynaqlarına istinadən bu ölkənin son 5 ildə Suriyada İranın hərbi bazaları və ona bağlı hərbi qruplaşmalara qarşı 400 hücum həyata keçirdiyini, hücumlar nəticəsində 300 iranlı zabit və hərbçinin öldürüldüyünü yazıb.
Bu xəbər oxucular tərəfindən 2796 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed