Şrift:
Fərəc Quliyev:Görüşdə məqsəd Paşinyana təlimat verməkdir
15.04.2022 [11:20] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Paşinyanın yürüdə biləcəyi siyasətin konturlarını təbii ki, Rusiya müəyyənləşdirir. Çünki Ermənistan müstəqil dövlət deyil və müstəqil siyasəti yoxdur”. Bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib.

Onun sözlərinə görə, amma son zamanlar bəzi məqamlarda sərbəst davranmağa çalışır: “Qarabağla, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fərqli mövqelər nümayiş etdirir.

Baş tutacaq görüşdə məqsəd Ermənistanın sərbəst davranışına mane olmaqdır. Rusiya bu formatda yəni, Brüssel danışıqları formatında baş tutması, onun nəticələrinin olmasında maraqlı deyil. Çalışırlar ki, özlərinin iplər onların əlində olsun. Paşinyanı da bu görüşdə, Moskvada imtahan gözləyir. Yəqin ki, onun qarşısına şərtlər qoymağa çalışacaqlar.

Ümumiyyətlə, Rusiyanın bu gün vəziyyəti çox pisdir. Bunu nəzərə alaraq, Paşinyan ordan siyasi mənada salamat çıxsa və öhdəliklər götürməsə, Ermənistanın Azərbaycanla münasibətlərini nizama salmaq məsələsində problem olmayacaq və Ermənistan dalandan çıxacaq.
Əgər Ermənistan yenə Rusiyanın diktəsi ilə oturub-duracaqsa, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, Ermənistan dalanda qalacaq. Moskva görüşündə əsas məqsəd Paşinyana təlimat verməkdir. Görüşün nəticələrini isə yaxın günlərdə biləcəyik”.

Səbinə Hüseynli/sia.az
Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed