Şrift:
Güneyli millət vəkili internet xidmətinin bahalaşmasına qarşı çıxıb
24.04.2022 [19:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bunun əhalinin daha çox problem yaşayacağına səbəb olacağını deyib.

Allahverdi Dehqani bahalaşmanı internetin keyfiyyətinin yaxşılaşdırılması ilə olduğu barədə fikirləri yersiz adlandırıb və bunun üçün dövlət hesabına investisiya ayırmaq və yeni texnologiyaların tətbiq edilməli olduğunu söyləyib.

Qeyd edək ki, son günlər İranda internetin bahalaşması ilə bağlı təkliflər əhali və internet istifadəçilərinin etirazları ilə qarşılaşıb.

İstifadəçilər bunun indiki ağır iqtisadi durumda vətəndaşların internetə çıxışını məhdudlaşdırmaq, informasiya almaq imkanlarını zəiflətmək niyyəti ilə həyata keçirildiyini bildirirlər.
Bu xəbər oxucular tərəfindən 2693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed