Şrift:
Nobel mükafatı almış hüquq müdafiəçisi İranla bağlı BMT-ə müraciət edib
24.04.2022 [19:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şirin İbadi məktubda ondan sanksiyalar üzrə xüsusi nümayəndənin İrana səfərini BMT İnsan Hüquqları Şurasının İran üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın bu ölkəyə səfərinə icazə verilməsi şərti ilə əlaqələndirməyi istəyib.

Cavid Rəhman BMT-nin İran üzrə xüsusi məruzəçisidir və İran hökuməti tərəfindən bu ölkəyə girişinə icazə verilmir.

Şirin İbadi isə BMT-nin xüsusi nümayəndəsi Elena Dohanın “sanksiyaların zərərini araşdırmaq” üçün İrana səfərinin Tehranın Cavid Rəhmanın səfərinə icazə verməsi şərti ilə həyata keçirilməsini tələb edir.

İbadi Elena Dohanın İrana səfərini Tehran hökumətinin yalvarışları nəticəsində və bu ölkə rəsmilərinin beynəlxalq ictimaiyyəti aldatmaq niyyəti ilə planlaşdırıldığını deyib.

“Sanksiyalar İran xalqının fəlakətli vəziyyətinin yeganə səbəbi deyil, daha önəmlisi hökumətin irimiqyaslı mənimsəmələri, rəsmilərin yanlış siyasəti və İran İslam Respublikasının Hizbullah və Yəmən Husilərinə dəstək üçün xərclədiyi pullardır”-deyə, Şirin İbadi bildirib.

O. qeyd edib ki, beynəlxalq ictimaiyyət İranda baş verənlərdən xəbərdar edilməlidir və yalnız İran hökumətinin əməllərini ifşa etməklə Tehran hökumətinin sanksiyalar məsələsindən sui-istifadə etməsinin qarşısı alına bilər.
Bu xəbər oxucular tərəfindən 1564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed