Şrift:
Azərbaycan ÜDM-də hərbi xərclərin payına görə dünyada beşinci yerdədir
25.04.2022 [08:58] - Xəbərlər, Siyasət
Azərbaycan ÜDM-də hərbi xərclərin payına görə dünyada beşinci yerdə qərarlaşıb.

Bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) “Dünya hərbi xərclərinin tendensiyaları” adlı yeni hesabatında verilir.

Yayılan məlumatlara görə, 2021-ci ildə ÜDM baxımından hərbi xərclərin həcminə görə Oman, Küveyt, Səudiyyə Ərəbistanı və Əlcəzairdən sonra Azərbaycan beşinci yerdədir. Ümumilikdə, ötən il Azərbaycanın hərbi xərcləri ölkə ümumi daxili məhsulunun 5,3 faizini təşkil edib.

Bu siyahıda Azərbaycandan sonra ÜDM-in 5,2 faizini hərbi məqsədlər üçün ayıran İsrail gəlir. Öz növbəsində, Ermənistan ÜDM-in 4,4 faizini hərbi xərclərə yönəltməklə doqquzuncu yerdədir.
Bu xəbər oxucular tərəfindən 308 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed