Şrift:
Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri “Piramıda” dövlət telekanalında ətraflı işıqlandırılıb
25.04.2022 [09:07] - Xəbərlər, Siyasət
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi ziyarəti Qırğızıstanın “Piramıda” dövlət telekanalının “Dostluq körpüsü” proqramında ətraflı işıqlandırılıb.

Proqramın aparıcıları Bişkekdə yaşayan soydaşlarımız Hökümə Xəlilova və Ramiz Məşədihəsənlidir.

Telekanal Qırğızıstan dövlət başçısının Heydər Əliyev adına Beynəlxalq Hava limanında rəsmi qarşılanmasından tutmuş səfərin başa çatmasınadək ətraflı reportaj təqdim edib.

Ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın qəbirlərini ziyarət edən Sadır Japarov “Şəhidlər xiyabanı”nda uyuyan şəhidlərin ruhuna ucaldılan xatirə kompleksinə də əklillər qoyub.

Proqramda Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbulu, keçirilən danışıqlar geniş işıqlandırılıb.

Sənədlərin imzalanma mərasimi və iki ölkənin dövlət başçılarının mətbuat üçün Bəyanatları da qırğızıstanlı tamaşaçılara təqdim olunub.

Qırğızıstan Dövləti başçısının Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Azərbaycanın işgüzar dairələrinin təmsilçiləri ilə görüşünə de geniş yer verilib.

Səfərin yekunları ilə bağlı Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyevin “Piramida” telekanalına verdiyi ətraflı müsahibəyə də yer ayrılıb.

Verilişdə qeyd olunur ki, səfər çərçivəsində “Piramida”nın Azərbaycan nümayəndəliyi açılıb, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən kanalın təmsilçisi Aygül Yolçuzadəyə akkreditasiya vəsiqəsi təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed