Şrift:
Fərhad Abdullayev: Türkiyədə Konstitusiya Məhkəməsinin yaradılmasının 60 illiyinin qeyd olunması əlamətdar hadisədir
26.04.2022 [10:35] - Xəbərlər, Sosial
Türkiyədə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı ildönümünün qeyd olunması çox böyük, əlamətdar tarixi hadisədir. Türkiyəli həmkarlarımızın dəvətini qəbul edib bu yubiley tədbirində böyük məmnuniyyətlə iştirak edirik.

Bunu Ankarada keçirilən "Əsas hüquq və azadlıqların müdafiəsində Konstitusiyanın şərhi" mövzusunda beynəlxalq simpoziumda iştirak edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açıqlamasında deyib.

Simpoziumun əhəmiyyətini xüsusi vurğulayan Fərhad Abdullayev ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə iki qardaş ölkənin doğma münasibətlərinin dinamik inkişafı məhkəmə-hüquq sahəsində də sıx faydalı əməkdaşlığın daim yüksək səviyyədə saxlanılmasının əsasını təşkil edir. "Azərbaycan olaraq hər zaman Konstitusiya Məhkəməsi sahəsindəki təcrübəmizi bölüşürük. Eyni zamanda, türkiyəli həmkarlarımızın fəaliyyəti ilə yaxından tanış olmaq bizim üçün faydalıdır".

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən müharibəsində göstərdiyi şücaət və qazandığı parlaq Qələbədən bəhs edən Fərhad Abdullayev deyib ki, bütün Türkiyə xalqı kimi, qardaş ölkənin Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və onun həmkarları da davamlı olaraq Azərbaycana öz dəstəklərini nümayiş etdiriblər.

Əməkdaşlığın perspektivlərini yüksək dəyərləndirən Konstitusiya Məhkəməsinin sədri bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin Konstitusiya Məhkəməsi Şurasının təsis edilməsi nəzərdə tutulub. Bu qurum ortaq təcrübənin öyrənilməsi və Konstitusiya Məhkəməsi sahəsində uğurları daha da artırmaq baxımından çox faydalı olacaq.
Bu xəbər oxucular tərəfindən 1440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed