Şrift:
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək
26.04.2022 [10:51] - Gündəm, İdman
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

İspaniya "Real Madrid"i İngiltərədə turnirin son finalçısı "Mançester Siti"nin qonağı olacaq.

“Etihad" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oyunu rumıniyalı referi İştvan Kovaç idarə edəcək. Ona yan xətt hakimləri Vasile Florin Marinesku və Ovidiu Artene köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şerer yerinə yetirəcək.

Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.
Bu xəbər oxucular tərəfindən 538 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed