Şrift:
Xudat şəhərində abidə-bulaq kompleksi inşa olunur
26.04.2022 [11:22] - Xəbərlər, Sosial
Xaçmaz rayonunun Xudat şəhərində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə-bulaq kompleksi inşa edilir.

Burada Xudat şəhərindən olan 26 şəhidin adını özündə əks etdirən xatirə lövhələri və xüsusi memarlıq üslubu ilə seçilən bulaq kompleksi yaradılacaq.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ərazidə olub, görülən işlərlə maraqlanıb.

Müasir memarlıq üslubunda tikilən kompleksin ərazisində dekorativ ağaclar əkiləcək, oturacaqlar və işıqlandırma sistemi quraşdırılacaq.
Bu xəbər oxucular tərəfindən 1893 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed