Şrift:
Vətən müharibəsi şəhidinin məzarı doğum günü ilə əlaqədar ziyarət olunub
26.04.2022 [11:34] - Xəbərlər, Sosial
Vətən müharibəsi şəhidi Emin Qədirov Asif oğlunun məzarı doğum günü ilə əlaqədar ziyarət olunub.

Xəzər Rayon Gənclər və İdman İdarəsindən bildiriblər ki, İdarənin rəisi Vüqar Əliyev, şəhidin atası Asif Qədirov, ailə üzvləri və yaxınlarının iştirakı ilə şəhidin məzarı ziyarət edilib, onun əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxuyublar.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid Emin Qədirov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 1860 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed