Şrift:
Ermənilər İranda Türkiyə və Azərbaycan əleyhinə aksiya keçirib
26.04.2022 [11:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran hökumətinin icazəsi ilə Tehranın Sarkis və İsfahanın Vang kilsələrində keçirilən tədbirlərdə keşişlər və ermənilərin İran parlamentindəki millət vəkili çıxışlar edib.

Mərasim zamanı müxtəlif yerlərdə Ermənistan bayrağı qaldırılıb, iştirakçılar Ermənistan bayrağı ilə bəzədilmiş köynəklər və şərflər geyinib və üzərində qondarma “Qarabağ Respublikası”nın bayrağı olan maskalar taxıblar.

İsfahanın Vang kilsəsində asılan xəritədə Türkiyə torpaqları “Qərbi Ermənistan” kimi göstərilib və üzərində “Qərbi Ermənistan azad olunmalıdır” yazılıb.

Mərasimdə çıxış edən İran parlamentinin erməni nümayəndəsi Ara Şaverdiyan hər zaman olduğu kimi türklərin ermənilərə qarşı soyqırımı barədə iddialar səsləndirib.

Tehran şəhəri ermənilərinin Arxiyepiskopu Vahə Taruyan isə çıxışında Azərbaycan və Türkiyəni ermənilərə qarşı soyqırım törətməkdə ittiham edib.

O, Qarabağın Azərbaycan ordusu tərəfindən azad edilməsini də "soyqırım" kimi qələmə verib və Azərbaycanı təhdid edərək ermənilərin bir gün geri qayıdacaqlarını deyib.
Bu xəbər oxucular tərəfindən 1520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed