Şrift:
Azərbaycanda Regional Təlim Mərkəzi yaradılacaq
27.04.2022 [10:22] - Gündəm, Sosial
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktoru olaraq Azərbaycana rəsmi səfərimin ilk gününü başa çatdırıram. Bu gün çox faydalı oldu. Azərbaycan Prezidenti məni qəbul etdi, həmçinin səhiyyə naziri ilə görüşüm oldu.

Bunu Bakıda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının regional direktoru Hans Kluge jurnalistlərə açıqlamasında deyib. “Biz, eyni zamanda, Azərbaycanda Regional Təlim Mərkəzinin yaradılması barədə razılığa gəlmişik. Tibb işçiləri bu mərkəzə cəlb olunmaqla öz təcrübələrini artıracaqlar”, - deyə Hans Kluge bildirib.
Bu xəbər oxucular tərəfindən 1848 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed