Şrift:
Şəhriyar Məmmədyarov "Oslo Esports Cup" turnirində ikinci qələbəsini qazanıb
27.04.2022 [10:30] - Gündəm, İdman
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Oslo Esports Cup"ın turnirində növbəti görüşünü keçirib.

Şahmatçımız beşinci turda niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin 3,5:2,5 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Ş.Məmmədyarov ilk turda Le Kuanq Liyemə (Vyetnam) qalib gəlib, sonrakı turlarda hindistanlı Rameşbabu Praqnanandha, kanadalı Erik Hansen və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Təmsilçimiz hazırda 6 xalla 8 şahmatçı arasında 6-7-ci pillələri bölüşür.

Qeyd edək ki, turnirin mükafat fondu 210 min ABŞ dolları təşkil edir.
Bu xəbər oxucular tərəfindən 1570 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed