Şrift:
BDU-da elmi seminar: Məhəmməd İqbalın urdu ədəbiyyatındakı yeri
27.04.2022 [10:42] - Gündəm, Mədəniyyət
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Məhəmməd İqbalın urdu ədəbiyyatındakı yeri” mövzusunda elmi seminar keçirilib.

Bu barədə BDU-dan məlumat verilib.

Seminarda İran filologiyası kafedrasının baş müəllimi Aygün Aslan qeyd edib ki, Məhəmməd İqbal təkcə XIX-XX əsr Hindistan və Pakistan ədəbiyyatının, xüsusən bu ədəbiyyatın urdu qolunun mütəfəkkir şəxsiyyəti deyil, ümumşərq ədəbiyyatı kontekstində fərqlənən böyük sənətkardır. Orta əsrlər Şərq poeziyasının ənənələrinə sadiq olan Məhəmməd İqbal fars, ərəb, urdu, ingilis, alman dillərində əsərlər yazıb. O, Əfqanıstanda, Türkiyədə, Orta və Yaxın Şərq ölkələrində və Avropada olduqca məşhurdur. Təsadüfi deyil ki, Məhəmməd İqbalın ədəbi və fəlsəfi-estetik irsi Pakistan və İrandan sonra ən çox Türkiyədə öyrənilir, tədqiq edilir.

Aygün Aslan müasir urdu ədəbiyyatını və buradakı son ədəbi prosesləri də geniş təhlil edib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 1767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed