Şrift:
Mirhüseyn Musəvinin evinin qarşısında qurulmuş nəzarət postu götürülüb
27.04.2022 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə İran məhkəmə sisteminin nəzarətində olan “Mizan” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, bu, Musəvinin ev dustaqlığından tamamilə azad olunması demək deyil və bundan sonra da ona nəzarətdə qalacaq.

Mirhüseyn Musəvinin vəkili Möhsün Rəhami məsələ ilə bağlı verdiyi açıqlamada yayılan rəsmi məlumatların həqiqəti əks etdirmədiyini deyib.

O, mətbuatda nəzarət postlarının götürülməsi ilə bağlı yazılara toxunaraq bildirib ki, bu postlar daha əvvəllər götürülüb və bunun Mirhüseyn Musəviyə qarşı ev dustaqlığı hökmünün yumuşaldılması ilə bağlı heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, 2011-ci ildə İranda keçirilən president seçkilərinin nəticələrinə etiraz edən və səslərin saxtalaşdırıldığını bildirən əslən güney azərbaycanlı Mirhüseyn Musəvi, onun həyat yoldaşı Zəhra Rəhnəvərd və İran parlamentinin keçmiş sədri mehdi Kərrubi İran rəsmiləri tərəfindən 2011-ci il fevral ayında ev dustaqlığına məhkum ediliblər.
Bu xəbər oxucular tərəfindən 2677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed