Şrift:
Avstriyanın Ukraynadakı səfirliyinin diplomat heyəti Kiyevdə fəaliyyətini bərpa edib
28.04.2022 [09:49] - Xəbərlər, Siyasət
Avstriyanın Ukraynadakı səfirliyinin diplomat heyəti Kiyevdə fəaliyyətini bərpa edib.

Bu barədə məlumatı Avstriyanın Xarici İşlər Nazirliyi yayıb.

Qeyd edilib ki, səfirlik əməkdaşlarının bir hissəsi təxliyə və yardım üzrə əsas qovşaqlardan birinə çevrilmiş Ujqorod şəhərində qalacaq.

XİN-in açıqlamasında qeyd edilib ki, səfirliyinin heyətinin Ukrayna paytaxtına geri dönməsi bu ölkə əhalisi və hökuməti ilə həmrəyliyin mühüm nişanəsidir. Səfirliyin fəaliyyətinin Kiyevdə bərpa edilməsi Avstriyanın yardımlarının Ukraynanın rəsmi qurumları ilə daha yaxşı koordinasiya edilməsinə imkan verəcək.
Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed